Almaniyanın xarici işlər naziri Analena Berbok bildirir ki, gürcü xalqının cəsarəti Avropanı onun yanında olmağa məcbur edir.
Regionpress.ge xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri sosial şəbəkədə yazıb.
“İnsan ləyaqəti uğrunda səsini ucaldan, ədalətin gücü ilə güclülərin haqsızlığına qarşı mübarizə aparan, susmayan, əksinə daha səs-küylü olan, hakimiyyətdən sui-istifadəyə qarşı yazan, Gürcüstanda olduğu kimi, dövlətin gücünün nümayəndələrinə, su şırnağını istifadə edənlərə qarşı çıxan hər kəsə – biz sizi görürük. Dünya sizi izləyir. Sizin cəsarətiniz özünə inamdır, bizim üçün isə sizin yanınızda olmaq öhdəliyidir, təkcə bu gün deyil” – Analena Berbok sosial şəbəkədə yazır.


