14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeUncategorizedArıxlı İcma Mərkəzində maarifləndirici görüş keçirilib

Arıxlı İcma Mərkəzində maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən Bolnisi rayonunun “Gənclər və Təhsil Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “Arıxlı” İcma Mərkəzində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

Regionpress.ge xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə Gürcüstan Xalq Müdafiəçisi Ofisinin (Ombudsman) Uşaq Departamentinin nümayəndəsi Lika Xvincilia, departamentin Kvemo Kartli üzrə təmsilçisi Murad Hüseynov, Darvaz kənd orta məktəbinin və İcma Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər.

Gənclər və Təhsil Mərkəzinin təsisçisi Rezo Həsənov Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunduğunu, bunun təqvimə daxil edilməsi təşəbbüsünün isə 1997-ci ildə Amsterdamda və Osloda “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürüldüyünü bildirib.Murad Hüseynov çıxışında Gürcüstanda uşaq əməyinin Konstitusiya ilə qorunduğunu nəzərə çatdırıb.

Tədbirdə şagirdlərə broşürlar hədiyyə olunub

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments