Bu gün Hollandiyada Avropa Parlamentinə seçkilərdə səsvermə rəsmən başlayıb.
Regionpress.ge xarici KİV-lərə istinadən bildirir ki, Hollandiyada seçki məntəqələri yerli vaxtla səhər saat 7:30-da açılıb və səsvermə axşam saat 21:00-a qədər davam edəcək.
Avropa İttifaqına üzv olan 27 ölkənin əhalisi iyunun 6-9-da Avropa Parlamentinə 720 deputat seçəcək.
Bu il Avropa İttifaqı ölkələrinin əksəriyyətinin əhalisi iyunun 9-da Avropa Parlamentinə seçkilərdə səs verəcək və yekun nəticələr bazar günü axşam açıqlanacaq.
Məlumat üçün bildirək ki, bu həftənin əvvəlindən bir çox Aİ ölkələrində erkən səsvermə proseduruna başlanılıb. Son məlumatlara görə, Estoniyada artıq 63 125 nəfər səs verib.


