İyunun 27-də Avropa Şurası Gürcüstanda gedən siyasi proseslərlə bağlı hesabat dərc edib.
Regionpress.ge hesabatda qeyd edilib ki, qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa Komissiyasının namizəd statusunun verilməsi ilə bağlı tövsiyəsində göstərilən addımlarla bağlı geriləmədir.
“Avropa Şurası Gürcüstan hakimiyyətini hazırkı fəaliyyət kursunu dəyişdirərək öz niyyətlərini aydınlaşdırmağa çağırır ki, bu da Gürcüstanın Avropa İttifaqına gedən yolunu təhdid edir”, – Avropa Şurasının yekununda yazılıb.
Avropa Şurası həmçinin Gürcüstan hakimiyyətini vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə və fəallara qarşı hədə-qorxu, təhdid və fiziki hücum hallarını dayandırmağa çağırır. Mətndə deyilir ki, Avropa İttifaqına daxil olmaq istəyən hər bir ölkənin Avropa İttifaqının əsaslandığı prinsip və dəyərlərə hörmət etməsi vacibdir.
Bundan əlavə, Avropa Şurası Gürcüstan hakimiyyətini payızda keçiriləcək parlament seçkilərinin ədalətli və azad şəraitdə keçirilməsini təmin etməyə çağırır.
“Avropa Şurası Gürcüstan hakimiyyətini bu payızda keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçirilməsini təmin etməyə çağırır və tərəfdaşlar tərəfindən seçkilərin uzunmüddətli və qısamüddətli dərin monitorinqini dəstəkləyir. Şura vəziyyəti yaxından izləməyə davam edəcək”, – yekunda vurğulanıb.
Sonda Avropa Şurası Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və onun Avropa gələcəyinə gedən yolda Gürcüstan əhalisinə dəstəyini davam etdirməyə hazır olduğunu təsdiq etdiyini bildirib.


