Yenə də Avropa və Amerika bəyanatlarını müqəddəs İncil kitabı kimi qəbul edən insanlar istintaqla əməkdaşlıq etmir.
Regionpress.ge xəbər verir ki, bunları Baş nazir İrakli Kobaxidze “İmedi” telekanalının efirində qonaq olarkən deyib.
Onun sözlərinş görə, ABŞ Prezidenti və Borrell [Aİ-nin Ali Nümayəndəsi Cozef Borell] hakimiyyəti istintaqı başlamağa çağırıblar və eyni zamanda Salome Zurabişvilini də istintaqla əməkdaşlıq etməyə açıq şəkildə çağırıblar.
“Mərkəzi Seçki Komissiyası mühüm bir bəyanat verdi, növbəti gün prokurorluq ona cavab verdi və faktiki olaraq istintaq başladı. Bu şəraitdə, yenə də Avropa və Amerika bəyanatlarını müqəddəs kitab kimi qəbul edən insanlar istintaqla əməkdaşlıq etmirlər. ABŞ Prezidenti və Borrell istintaqın başlanmasını tələb etdilər və Salome Zurabişvilini birbaşa istintaqla əməkdaşlıq etməyə çağırdılar, amma indi onların heç biri üçün nə Baydenin, nə də Borrelldən gələn bəyanatlar əhəmiyyət kəsb etmir. Bu insanlar açıq şəkildə bildirirlər ki, istintaqla əməkdaşlıq etmək fikrində deyillər. Bir daha xatırlatmalıyıq ki, Salome Zurabişvili QHT-nin nümayəndəsi deyil, onun daha fərqli məsuliyyətləri var.
Dövlət vəzifəsində olan şəxs dövlət sisteminə ağır ittiham irəli sürərkən, əlbəttə ki, onun başqa bir konstitusiya qurumuna, yəni Gürcüstan prokurorluğuna müvafiq məlumat vermək kimi xüsusi məsuliyyəti var. Bunu etmədikdə isə artıq əlimizdə dəqiq sübut var ki, əslində, Salome Zurabişvilinin istintaq üçün deməyə heç bir sözü yoxdur. O, məyus olub, 6 il müddətinə prezident vəzifəsində qalmağı gözləyirdi, lakin ümidləri puç oldu və indi çıxış yolu axtarır. Bu, Salome Zurabişvilinin kreslo uğrunda mübarizəsidir və eyni zamanda müxalifət nümayəndələrinin də bu məqsədi güdürlər. Onlar da başqa vəzifələr gözləyirdilər, amma bu ümidləri doğrulmadı və indi çətin vəziyyətdən çıxmağa çalışırlar, lakin əslində heç bir resursları yoxdur” , – deyə İrakli Kobaxidze söyləyib.


