Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılaraq, biznes assosiasiyaları və avtomobil idxalçıları ilə əməkdaşlıq çərçivəsində Gürcüstan hökumətinin Avro 5 (Avro 5b) emissiya standartının tətbiqi ilə bağlı 28 iyun 2023-cü il tarixli qərarına əlavələr edilib.
ETSN-dən verilən məlumata görə, həyata keçirilən dəyişiklik nəticəsində texniki reqlamentlərin icrası və avtonəqliyyat vasitələrinin qeydiyyatı prosesi asanlaşdırılacaq və təkmilləşdiriləcək.
“Yenilənmiş reqlament avtomobillərin tullantılarının limit normalarına uyğunluğunu təsdiqləmək üçün Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə təqdim ediləcək sənədlərin siyahısını genişləndirir. Bu dəyişiklik avtomobil idxalçılarına tələb olunan sənədlərin əldə edilməsində daha çox çeviklik təklif edir”.


