14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeRegionAzərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

Cari ilin birinci rübündə Gürcüstan Azərbaycandan 208,8 milyon dollar dəyərində mal və məhsul idxal edib ki, bu da illik ifadədə 14,5 faiz azdır. Gürcüstanın Azərbaycana ixracı isə ötən illə müqayisədə 26,7 faiz azalaraq 191,94 milyon dollar təşkil edib.

Regionpress.ge bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub.

Bu il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 400,8 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 105,3 milyon dollar və ya 20,8 faiz azdır. Hesabat dövründə Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşı olub – 964,06 milyon dollar.

İlk beşlikdə Rusiya (836,8 milyon dollar), Çin (497,54 milyon dollar) və ABŞ (479,7 milyon dollar) qərarlaşıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments