“Seçkilər tam şəffaf keçirilib, biz tamamilə açığıq, kim nə istəsə, yoxlasın”.
Regionpress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısının dediyinə görə, hamı qəbul etməlidir ki, Gürcüstan dövlətdir və istintaq, yoxlama və təftiş işlərinə görə ölkədə məsuliyyət daşıyan müvafiq qurumlar mövcuddur.
“Biz tamamilə açığıq. Kim nə istəsə, yoxlasın. Təbii ki, dövlət qurumlarının müvafiq proseslərə rəhbərlik etməsi vacibdir. Bu bir dövlətdir və hamı qəbul etməlidir ki, Gürcüstan dövlətdir, onun rəsmi qurumları var və o cümlədən istintaq, yoxlama, təftiş üzrə məsuliyyət daşıyan müvafiq qurumları var” , – deyə İrakli Kobaxidze “İmedi” telekanalının efirində qeyd edib.


