17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətBaş nazirdən açıqlama: “Avropa Şurası ilə əməkdaşlığı davam etdirəcəyik”

Baş nazirdən açıqlama: “Avropa Şurası ilə əməkdaşlığı davam etdirəcəyik”

Baş nazir İrakli Kobaxidze ölkənin Avropa Şurasının üzvü kimi əməkdaşlığa tam açıq olduğunu bildirib.

O, bu barədə “İmedi” telekanalının “Həftənin icmalı” verilişində bildirib.

Baş nazir qeyd edib ki, Avropa Şurasının baş katibi Gürcüstana səfəri zamanı konkret məsələlər üzrə razılıq əldə olunub:

“Parlament Assambleyası böyük əhəmiyyət daşımır, lakin biz Avropa Şurasının üzvü olaraq qalırıq. Baş katiblə konkret məsələlərdə razılığa gəldik və təşkilatla əməkdaşlığı davam etdirəcəyik”, – deyə Kobaxidze vurğulayıb.

Xatırladaq ki, əvvəlcə AŞ PA, Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən məhdudiyyətlərlə qəbul edib, tam çıxarılmasına dair təklifi rədd edib. Buna cavab olaraq, hökumət AŞ PA-da iştirakını dayandırıb, Gürcüstana qarşı “ədalətsiz yanaşma”nın dayandırılmasını tələb edib.

24News.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments