“2030-cu il üçün yüksək ehtimalla Gürcüstan Dünya Bankının təsnifatına görə yüksək gəlirli ölkə statusunu alacaq və biz qürurla, başımız dik, Avropa İttifaqının zəngin ölkələrinin sırasına daxil olacağıq”.
Regionpress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvili partiyasının seçki kampaniyasının regional tədbirində Kutaisidə çıxışında söyləyib.
” ‘Gürcü Arzusu’nun düzgün siyasətinin nəticəsidir ki, keçmişdəki əlamətdar nailiyyətlərimiz var və Dünya Valyutası Fondunun gələcək proqnozuna görə, onillik artımın üç əsas istiqamətində ölkəmiz dünyanın ən yaxşı üçlüyündədir” , – deyən Bidzina İvanişvili əlavə edib:
“Ən önəmlisi odur ki, bu irəliləyişin əsas şərti ‘Gürcü Arzusu’nun müasir tariximizdə Gürcüstanda yeganə siyasi qüvvə olmasıdır; bu, ən çətin geopolitik şəraitdə, regionda baş verən hərbi münaqişələrin fonunda ölkəyə bu qədər arzulanan 12 illik dayanıqlı sülhü gətirmişdir”.


