Batumidə 37 saylı seçki məntəqəsində səs-küy yaranıb.
Regionpress.ge xəbər verir ki, müxalifət və iqtidar təmsilçiləri üz-üzə gəlib.
Məntəqədəki müxalifətçilər iddia edirlər ki, iqtidar komandanın tərəfdarlarının siyahılarla olduğu mikroavtobusun diqqətini çəkərək pul müqabilində seçicilərə rüşvət vermək istəyiblər və nəticədə qarşıdurma yaranıb.
“Gürcü arzusu”nun nümayəndələri faktı yerindəcə təkzib etsə də, “Milli Hərəkat”ın üzvü İrma Xoroişvili əllərində sübutların olduğunu deyir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırmaq lazım gəlib.


