“Birlik: Vahid Milli Hərəkat” koalisiyasının liderləri Dimitri Şaşkin, Kaxa Okriaşvili, həmçinin partiya nümayəndəsi Ceyhun Məhəmmədəli və yerli rəhbərlər Azad Kərimov, Ramo Axmedov, Fuad Qəhramanov, eləcə də bələdiyyə üzvü Nərgiz Əliyeva bu gün Marneuli Bələdiyyəsinin Təkəli kəndində əhali ilə görüş keçiriblər.
Bu barədə Regionpress.ge xəbər portalına koalisiyanın Marneuli qərargahının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, görüş zamanı əhalinin problemləri dinlənilib və seçkiqabağı proqram haqqında ətraflı məlumat verilib. Əhali onları narahat edən məsələləri müzakirə edib və suallar ünvanlayıb. Verilən məlumata görə, sakinləri əsasən infrastruktur problemləri, artan kriminal hadisələr, sosial məsələlər, gənclərin ölkəni tərk etməsi və digər problemlər narahat edir.


