17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasət“Bizdən tələb edirlər, amma özləri addım atmaq istəmirlər”

“Bizdən tələb edirlər, amma özləri addım atmaq istəmirlər”

Avropa İttifaqı Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün heç bir addım atmır, halbuki top əslində onların meydançasındadır.

Regionpress.ge xəbər verir ki,bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı Şurasının Aİ-nin genişlənməsi ilə bağlı hesabatını şərh edərkən bildirib.

Sənəddə qeyd edilib ki, Şura Gürcüstan hökumətinin ölkənin Aİ-yə üzvlük prosesini 2028-ci ilə qədər dayandırmaq barədə son qərarından təəssüfləndiyini ifadə edir. Şura Gürcüstan hakimiyyətini Aİ yoluna dərhal qayıtmağa və Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, əhatəli və dayanıqlı islahatlar aparmağa çağırır.

“Cavab çox sadədir: qoy danışıqları açsınlar, biz sabah həmin sənədi imzalayarıq. Söhbət nədən gedir axı? Görürsünüz, onların necə böyük absurd vəziyyətdə olduqlarını. Bizdən tələb edirlər, amma özləri addım atmaq istəmirlər. Əslində, top onların meydançasındadır”, – deyə Kobaxidze bildirib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments