17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeAna Səhifə“Bizim birgə gələcəyimiz Avropadadır!” Zurabişvili Zelenski ilə telefonla danışıb

“Bizim birgə gələcəyimiz Avropadadır!” Zurabişvili Zelenski ilə telefonla danışıb

Gürcüstan prezidenti Salome Zurabişvili Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.

“Mən prezident Zelenski ilə danışdım və gürcü xalqına həmrəylik və sarsılmaz dəstəyə görə təşəkkür etdim. Birgə gələcəyimiz Avropadadır!” Zurabişvili X sosial şəbəkəsində yazıb.

Gürcüstanda “Agent Qanunu”na qarşı kütləvi etirazlara və sərt tənqidlərə baxmayaraq , “Gürcü Arzusu”nun parlament çoxluğu martın 14-də “Xarici təsirin şəffaflığı haqqında qanun”u qəbul edib. Üçüncü oxunuşda 84 səs deputat qanunun lehinə səs verib.

Prezident Salome Zurabişvili iki həftə ərzində qanun layihəsini ya imzalamalı, ya da veto qoymalıdır. Prezidentin qanun layihəsinə veto qoyacağı təsdiqlənir. “Gürcü arzusu” parlamentdə vetonu aşmaq üçün kifayət qədər səs toplayıb.

Gürcüstanda “Agent Qanunu”na qarşı davam edən etirazlara paralel olaraq küçələrdə qanunun fəal əleyhdarlarına qarşı fiziki zorakılıq, ev və ofislərinin yaxınlığında təhqiredici və homofob plakatlar asmaq, hədələyici telefon zəngləri etmək halları qeydə alınıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments