11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeDünyaBMT Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin evlərinə qayıtmaq hüququnu təsdiqləyib

BMT Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin evlərinə qayıtmaq hüququnu təsdiqləyib

BMT Baş Assambleyası Gürcüstanın işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu bir daha təsdiqləyib.

İyunun 4-də Nyu-Yorkda Baş Assambleyanın 78-ci sessiyası çərçivəsində Gürcüstanın və dünyanın digər 63 ölkəsinin təşəbbüsü ilə “Abxaziya, Cənubi Osetiya, Gürcüstan və Sxinvali regionundan olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnamə qəbul edilib.

Gürcüstan bu qətnaməni 2008-ci ildən təqdim edir. Bu il 103 ölkə sənədi dəstəkləyib. Ötən il tərəfdarların sayı 100 nəfər idi.

Doqquz ölkə əleyhinə səs verib: Rusiya, Belarus, Burundi, Zimbabve, Şimali Koreya, Kuba, Mali, Nikaraqua və Suriya. 53 nəfər bitərəf qalıb.

Qətnamədə Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında zorakılıqla həyata keçirilən demoqrafik dəyişikliklər pislənir, məcburi köçkünlərin etnik mənsubiyyətindən asılı olmayaraq öz evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququ təsdiqlənir, onların mülkiyyət hüquqlarına hörmət və mühafizə olunmasının vacibliyi vurğulanır. .
Qətnamədə Cenevrədə keçirilən beynəlxalq müzakirələrin iştirakçılarını Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında təhlükəsizlik və insan haqlarının vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylərini gücləndirməyə çağırır ki, bu da öz növbəsində məcburi köçkünlərin və qaçqınların geri qayıtma prosesini asanlaşdıracaq.


Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, humanitar kontekstlə yanaşı, qətnamə praktiki təsirə malikdir, belə ki, BMT baş katibinə məcburi köçkünlərin vəziyyəti və qətnamənin icrası ilə bağlı illik hesabat hazırlamaq tapşırılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments