Regionpress.ge xəbər verir ki,Bolnisi Bələdiyyəsi bu ildən də ali təhsil müəssisələrində oxuyan təqaüd proqramını davam etdirir.
Bakalavr tələbələri:
Orta balı 91–100 (A) olanlar – aylıq 100 lari
Orta balı 81–90 (B) olanlar – aylıq 50 lari
Magistr tələbələri:
Orta balı 91–100 (A) olanlar – aylıq 150 lari
Orta balı 81–90 (B) olanlar – aylıq 100 lari
Rezidentura tələbələri – semestr bitdikdən sonra iki il ərzində 750 lari
Doktorantura tələbələri – semestr bitdikdən sonra üç il ərzində 1 500 lari
Tələbələr müvafiq sənədlərlə (ərizə, qiymət cədvəli, aktiv status haqqında arayış, bank rekvizitləri və şəxsiyyət vəsiqəsi) Bolnisi Bələdiyyəsinə müraciət etməlidirlər.Proqram 1 oktyabr–1 mart və 1 mart–1 avqust tarixləri arasında qüvvədədir.


