14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeCəmiyyətBolnisi Hotelində Azərbaycan vətəndaşı dünyasını dəyişib

Bolnisi Hotelində Azərbaycan vətəndaşı dünyasını dəyişib

Bu gün səhər saatlarında Bolnisi şəhərində yerləşən Bolnisi hotelində Azərbaycan vətəndaşı olan bir şəxs dünyasını dəyişib.

Regionpress.ge-nin əldə etdiyi məlumata görə, şəxsin vəziyyəti gecə saatlarında pisləşib. Səhər saatlarında təcili tibbi yardım hadisə yerinə gəlib və onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri həyata keçirib. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gürcüstanda sənədsiz əmək fəaliyyəti göstərdiyi bildirilib. Hadisənin səbəbləri hələ ki, məlum deyil və rəsmi açıqlama gözlənilir. Dünyasını dəyişən şəxsin bədənində hər hansı zorakılıq əlamətləri qeydə alınmayıb.

Şəxsin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstan polisi Azərbaycanın Gürcüstandakı səfirliyinə sorğu göndərib. Bildirilir ki, mərhumun bir azyaşlı övladı var.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments