10.1 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeİdmanBolnisi Qızlar Arasında I Yay Voleybol Festivalının final mərhələsi başa çatıb-FOTO

Bolnisi Qızlar Arasında I Yay Voleybol Festivalının final mərhələsi başa çatıb-FOTO

“Gənclər və Təhsil Mərkəzi” (YEC) və “Yeni Düşüncə İnstitutu”nun (NTİ) birgə təşkilatçılığı ilə Bolnisi bələdiyyəsinin 8 kəndi arasında keçirilən turnirin final mərhələsi 2 kənd ,Aşağı Güləver və Aşağı Qoşakilsə kəndləri arasında keçirilib.

27 iyul tarixində baş tutan final mərhələsində 2 kənd mübarizəyə qoşulub .(Bunlar – Aşağı Güləver və Aşağı Qoşakilsə kəndləri ) 3 set davam edən oyunun nəticəsində , Aşağı Gülaver komandası öz rəqibi olan Aşağı Qoşakilsə komandası üzərində 3 setlik qalibiyyət alaraq I Yay Voleybol Festivalının qalibi olub.

Festivalın yekun hissəsində Gənclər və Təhsil Mərkəzinin təsisçisi Rezo Həsənov qonaqlara , müəllimlərə və oyunçulara öz təşəkkürünü bildirərək festivalın gələcəkdə daha geniş miqyasda və daha təntənəli şəkildə keçirilməsini arzuladı . Daha sonra Aşağı Gülaver məktəbinin direktoru Fərəməz Cəlilov və digər qonaqlar, komandaların idman müəllimləri çıxış edərək oyunçulara gələcək həyatlarında uğurlar arzuladılar və öz nitqlərində qeyd etdilər ki, məhz bu voleybol turniri Bolnisi bölgəsində azərbaycanlı qızlar arasında keçirilən ilk oyundur və belə bir yarışların keçirilməsi qızların sosiallaşmasını , ünsiyyət bacarıqlarının , dünya görüşlərinin inkişafına və qızlar arasında idman növlərinə marağın artmasını şərait yaradır . Sonda bütün komanda və qonaqlarla xatirə şəkilləri çəkildi.

Qalib komandaya kubok , iki komanda oyunçuların hər birinə birincilik və ikincilik üzrə medallar , sertifikatlar və digər həvəsləndirici hədiyyələr təqdim edildi. Bundan başqa idman müəllimlərinin hər birinə festival ərzində göstərdikləri nailiyyətlərə görə təltifnamələr təqdim olundu .

Müsabiqə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə #LEAD “Liderlik,Bərabərlik,Vəkillik və Demokratiya” layihəsi çərçivəsində həyata keçirilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments