Bolnisi bələdiyyəsində çoxfunksiyalı idman zalı istifadəyə verilib.
Başa çatdırılmış infrastruktur layihəsini, Kvemo Kartlinin Qubernatoru Giorgi Doxturişvili, Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru Davit Tabidze , onun birinci müavini Giorgi Tsibadze və Bolnisi bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili ilə birlikdə ziyarət ediblər
Yeni idman kompleksində üç idman növünə xidmət edəcək çoxməqsədli idman zalı təşkil olunub: basketbol, həndbol və voleybol. Bundan əlavə, binada boks, güləş, ağır atletika, karate və bədənin fiziki hazırlıqı üçün zallar fəaliyyət göstərəcək.
Layihə çərçivəsində idman kompleksinin fəaliyyəti üçün zəruri olan bütün lazımlı və yardımçı otaqlar da təşkil edilmiş, mərkəzi istilik və soyutma sistemləri quraşdırılmışdır. Kompleksin yaxınlığında açıq avtomobil dayanacağı təşkil edilib, fənərlər quraşdırılıb. Bina məhdud imkqnlı şəxslər üçün tam uyğunlaşdırılıb.
Çoxməqsədli idman zalının tikinti işləri Bələdiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilib və onun dəyəri 2 milyon 600 min lari təşkil edib.


