2024-cü ilin birinci rübündə Gürcüstanın dəmir yolu ilə yük daşımalarının həcmi illik ifadədə 2,5% artaraq 3,2 milyon tona çatıb.
Regionpress.ge bildirir ki, məlumatı Gürcüstan Milli Statistika İdarəsi yayıb.
Bildirilib ki, bütün yüklərin 12%-ni daxili daşımalar, 28,9%-ni beynəlxalq daşımalar, 59,1%-ni isə tranzit təşkil edib.
Cari ilin yanvar-mart ayları ərzində Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın, 53,5%-i Rusiyanın payına düşüb. (APA)


