Futbol üzrə Avropa çempionatında bu gün Türkiyə və Gürcüstan milli komandaları arasında keçirilməsi nəzərdə tutulan oyunda azarkeşlərin rahat hərəkət etməsi üçün bəzi bələdiyyə avtobusları bir neçə dəqiqəlik fasilələrlə işləyəcək.
Regionpress.ge bildirir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
O cümlədən, Mixail Mesxi adına stadionda keçiriləcək oyunun yayımına saat 20:00-dan 23:00-a kimi qatılacaq vətəndaşlara pik vaxtlarda avtobuslar xidmət göstərəcək.
Tədbirdə iştirak edənlər aşağıdakı marşrutlardan istifadə edəcəklər: N173, N301, N307, N311, N345, N351, N354, N358, N359, N385 və N388.
Milli komandanın azarkeşləri gürcü futbolçuların Avropa çempionatında keçirdikləri oyunların canlı yayımını Mixail Mesxi stadionunda izləyə biləcəklər. Bunun üçün ərazidə 6 böyük ekran quraşdırılıb.
Gürcüstanın futbol yığması Tbilisi vaxtı ilə saat 20:00-da Dortmund şəhərində Türkiyə millisi ilə qarşılaşacaq.


