Aİ ölkələrinin kitabxanalarından bahalı kitablar oğurlamaqda təqsirli bilinən daha bir şəxs həbs edilib. Gürcüstan vətəndaşları mütəşəkkil cinayətkar qrup yaradaraq bütün Avropada 19-cu əsrin müxtəlif müəlliflərinin bahalı kitablarını ələ keçirməyə çalışıblar.
Regionpress.ge bildirir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, cinayətkar plana əsasən, mütəşəkkil dəstə üzvləri saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək 19-cu əsrin klassik yazıçılarının kitablarlarının orjinal nüsxələrini mənimsəyiblər.
Bildirilib ki, mütəşəkkil dəstə üzvləri 2022-2023-cü illərdə Avropanın müxtəlif şəhərlərinin kitabxanalarından yüz minlərlə avro dəyərində kitabları gizli şəkildə aparıblar.


