“Düşünürəm ki, nə olursa olsun, Gürcüstan ilə Azərbaycan arasında dəyişən heç nə olmayacaq. Tarix boyu Gürcüstan ilə Azərbaycanın çox yaxşı əlaqələri olub. “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra münasibətlər pik həddinə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi.
Regionpress.ge xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında gürcü ekspert David Çikelidze söyləyib.
O deyib: “Bizim yaxın qonşuluq, dostluq, qardaşlıq əlaqələrimiz biri – birinə uyğun gəlir. Bunu Baş nazir İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin görüşündən sonra birgə bəyanatları da bir daha təsdiq edir.


