9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətDavid Kartvelişvilinin seçki ilə bağlı fikirləri

David Kartvelişvilinin seçki ilə bağlı fikirləri

Builki parlament seçkiləri müstəqil Gürcüstanın tarixində mühüm yer tutur. Seçki kampaniyası sakit mühitdə davam edir. Bu da müxalifətin passivliyi ilə əlaqədardır. Biz nə Gürcüstanın regionlarında, nə də paytaxt Tbilisidə dövlətə qarşı ciddi proqramlı görüşlər görə bilmirik. 

Regionpress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın “Xalqın Gücü” partiyasının üzvü, professor David Kartvelişvili söyləyib.

Onun sözlərinə görə, seçkilərlə əlaqədar 6 ay əvvəl Avtoritar Arbitiaj kompaniyasının (LTODR) üzvləri Gürcüstana dəvət olunub. Onlar öz müşahidələrinə əsasən Gürcüstandakı vəziyyəti dəyərləndirməli idilər. Bundan başqa, Amerikadan Audit kompaniyası da Gürcüstana dəvət olunub. Hər iki qrupun üzvləri Gürcüstanda yenilənmiş elektron seçki sistemini yoxlayıblar və öz hesabatlarında da bu sistemi texnoloji cəhətdən tam mükəmməl qiymətləndiriblər. Bu da müxalifətin iradlarını və böhtan dolu yalanlarını doğrultmayıb və ifşa edib. 

Bunların hamısı LTODR-in ilkin qiymətləndirməsində də qeyd olunub. Onlar, həmçinin bildiriblər ki, Gürcüstandakı seçki mühiti sakit və rəqabət mühitində davam edir.

Siyasətçi deyir ki, bu qrupların hesabatında yalnız bir mühüm məsələ var, o da cəmiyyətin və medianın qütbləşməsidir. Amma bu, yalnız Gürcüstanın problemi deyil. Bu cür hallara Amerika Birləşmiş Ştatlarında, eləcə də Avropada yerli və mərkəzi seçkilərdə rast gəlmək mümkündür. 

Professor: “Gürcüstanda qütbləşməni yaradan bir sıra ciddi səbəblər var. Bunlardan biri də bəzi qüvvələrin, Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsidir. Əgər onlar bəzi QHT-ləri və müxalifət partiyalarını maliyyələşdirərək ölkədə hərc-mərclik, xaos yaratmağa cəhd etməsəydilər, bəlkə də bu qütbləşmə olmazdı. Amma düşünürəm ki, bu da mühüm əhəmiyyət kəsb etməyəcək. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası seçkiöncəsi verdiyi vədləri yerinə yetirməklə bunun da öhdəsindən gələcək”.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments