8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətDavit Şerazadişvili Bolnisi rayonunun Talaveri (Faxralı) kəndinin sakinləri ilə görüşüb

Davit Şerazadişvili Bolnisi rayonunun Talaveri (Faxralı) kəndinin sakinləri ilə görüşüb

“Gürcü Arzusu” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka nümayəndəsi Davit Şerazadişvili Bolnisi rayonunun Talaveri (Faxralı) kəndinin sakinləri ilə görüşüb.

Regionpress.ge xəbər verir ki, yerli sakinlərlə görüşdə Davit Şerazadişvili qeyd edib ki, Kvemo Kartli regionu çoxmillətli əhalisi ilə fərqlənir.

“Bizim region çoxmillətli əhalisi ilə seçilir və tez-tez deyirik ki, bizim bu çoxmədəniyyətlilik bizim zənginliyimizdir. Burada müxtəlif dinlərə və millətlərə mənsub insanlar əsrlər boyu birlikdə, sülh və dostluq içində yaşayır. Biz bir-birimizin mədəniyyətinə və ənənələrinə hörmət edirik, bayramlarımızı birlikdə qeyd edirik. Bolnisi böyük bir ailədir, burada birgə yaşamaqdan zövq alırıq və daha yaxşı bir ölkə yaratmaq üçün birlikdə çalışırıq. Əminəm ki, 26 oktyabrda biz birlikdə qalib gələcəyik və sülh içində inkişafımızı davam etdirəcəyik” , – deyə o, qeyd edib.

“Gürcü Arzusu”nun Bolnisi qərargahının mətbuat xidmətindən verilən məlumatına görə, görüşdə Davit Şerazadişvili ilə birlikdə əslən Faxralı kəndindən olan Aflatun Amaşov da iştirak edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments