9.6 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeİqtisadiyyatƏcnəbilər üçün sığorta qanunu layihəsi müvəqqəti dayandırıldı

Əcnəbilər üçün sığorta qanunu layihəsi müvəqqəti dayandırıldı

Gürcüstana gələn turistlərin 2026-cı il yanvarın 1-dək sağlamlıq və bədbəxt hadisələrdən sığortaya malik olmaq öhdəliyi olmayacaq .

Regionpress.ge məlumat verir ki, parlamentdə qanunun müvafiq normasını 2026-cı il yanvarın 1-dək dayandıran qanun layihəsi irəli sürülüb.

Qanun layihəsini Milli Məclisə “Gürcü arzusu”nun deputatları təqdim ediblər.

“Turizm haqqında” qanuna əsasən, Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası olmalıdır. Qeyd olunan şərt 2024-cü il iyunun 1-dən həyata keçirilməlidir.

“Yeni qaydaların tətbiqi və qüvvəyə minməsi çoxmərhələli hazırlıq prosesini tələb edir. Özəl sektorun, eləcə də xarici ölkələrin səfirlik və konsulluqlarının lazımi qaydada məlumatlandırılması, informasiya kampaniyalarının aparılması və digər müvafiq tədbirlərin həyata keçirilməsi, bu sektora səmərəli şəkildə kömək edəcək”, – qanun layihəsinin izahatında qeyd olunur.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments