Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü Arzusu” partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
Regionpress.ge xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qeyd edir ki, gürcü xalqının iradəsini ortaya qoyan seçkilər dinc və təhlükəsiz şəraitdə keçib.
“26 oktyabr 2024-cü ildə keçirilmiş parlament seçkilərində sizin rəhbərliyinizlə ‘”Gürcü Arzusu” partiyasının qələbəsi və birinci yeri tutması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğur gətirəcək. Nə yaxşı ki, gürcü xalqının iradəsini ortaya qoyan seçkilər dinc və təhlükəsiz şəraitdə keçdi. Bu fürsətdən istifadə edərək, bir daha sizə cansağlığı və xoşbəxtlik, dost Gürcüstan xalqına isə varlıq və xoşbəxtlik arzularımı bildirmək istərdim,” – Türkiyə Respublikasının Prezidenti bildirib.


