Gürcüstan basketbol milli komandası, EuroBasket 2025-in seçmə mərhələsində Espoada Finlandiya ilə qarşılaşıb və 90:83 hesabı ilə qalib gəlib.
Regionpress.ge – nin məlumatına əsasən bu, EuroBasket 2025-ə gedən ən vacib qələbə idi. Qrupda dörd komanda yer alır: Gürcüstan, Serbiya, Finlandiya və Danimarka. Finlandiya ev sahibi olduğu üçün Avropa Çempionatına qatılmağa zəmanət alıb, amma digər üç komanda üçün Finlandiya ilə əldə edilən nəticələr müsbət hesab olunur. Növbəti mərhələyə dörd komandadan üçü çıxacaq. Serbiya açıq-aşkar favorit olduğuna görə, Gürcüstanın əsas məqsədi qrupda Danimarkadan qabaqda yer almaqdır.
Qrupun digər qarşılaşmasında Serbiya, Danimarkanı 72:52 hesabı ilə məğlub edib.
Gürcüstanın növbəti oyunu yenə Finlandiya ilə 24 noyabrda Tbilisidə keçiriləcək, fevral ayında isə iki həlledici qarşılaşma olacaq: Gürcüstan Danimarkanı qəbul edəcək və Serbiyaya səfər edəcək.


