11.6 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeElm və TəhsilGələcəyin üçün, sınaqdan keç” – Abituriyentlərə dəstək imtahanları yekunlaşdı

Gələcəyin üçün, sınaqdan keç” – Abituriyentlərə dəstək imtahanları yekunlaşdı

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən abituriyentlərə dəstək imtahanları uğurla başa çatıb

Regionpress.ge xəbər verir ki, imtahanlar həm Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində, həm də Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Kəpənəkçi İcma Mərkəzində təşkil olunub. Sınaqlarda iştirak edən abituriyentlər sualları peşəkar müəllim və repetitorlar tərəfindən hazırlanmış testlər əsasında cavablandırıblar

Verbal suallar mərkəzin müəllimi Şahvələt Nəbiyev, Riyaziyyat sualları isə Arif Əliyev adına Faxralı 1 saylı İctimai Məktəbin riyaziyyat müəllimi Alı Xudiyev tərəfindən tərtib olunub.

Mərkəzdən verilən məlumata görə, bu sınaq imtahanları 2023-cü ildən etibarən ödənişsiz şəkildə davamlı olaraq həyata keçirilir. Bu günə qədər təşkil olunan imtahanlarda 500-ə yaxın abituriyent iştirak edib

Qeyd edək ki, mərkəz gələcəkdə də bu cür təşəbbüsləri daha geniş şəkildə davam etdirməyi qarşıya məqsəd qoyur. Məqsəd — gənclərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında daha yüksək nəticə göstərmələrinə dəstək olmaqdır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments