“Bu ölkədə Dövlət Təhlükəsizlik Xidməti 26 oktyabr tarixindən sonra ləğv ediləcək, artıq mövcud olmayacaq – bütün müxalifət partiyaları ilə müqavilə imzalamışıq ki, biz Dövlət Təhlükəsizlik Xidmətini və siyasi polisi ləğv edirik”.
Regionpress.ge xəbər verir ki, bunu “Birlik – Milli Hərəkət” partiyasının liderlərindən biri Giorgi Vaşadze jurnalistlərə DTX-nın müvafiq bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.
Müxalif lider qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti “KQB”nin mirasıdır.
“Gürcüstanın hakim partiyasına daha hansı ifşa etmə lazımdır? Amerika, Avropa: Almaniya, Fransa, Britaniya – onunla münasibətləri hamı kəsib. Bu, həqiqətən zərərli qüvvəni necə ifşa edim? İndi məğlub olurlar və min bir absurd uydururlar. Suallar verək, Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanda nə edir? Biləsiniz ki, sizi [Jurnalistlər] də nəzarət altında saxlayırlar, yalnız bizi deyil. Dövlət Təhlükəsizlik Xidməti bu ölkədə 26 oktyabr tarixindən sonra ləğv ediləcək, artıq mövcud olmayacaq. Yalnız kəşfiyyat xidməti, əks-kəşfiyyat xidməti, antiterror xidməti mövcud olacaq. Dövlət Təhlükəsizlik Xidməti KQB-nin mirasıdır. Əminəm ki, hazırda bizim ətrafımızda şəkillər çəkirlər. O, artıq mövcud olmayacaq. Heç kim sizi dinləməyəcək [Jurnalistlər], “İmedi” telekanalının nümayəndəsi, hətta sizi də, heç kim dinləməyəcək. Bilin ki, siz də dinlənilirsiniz. Bütün müxalifət partiyaları ilə imzalamışıq ki, biz bu ölkədə Dövlət Təhlükəsizlik Xidmətini və siyasi polisi ləğv edəcəyik”, – deyə Giorgi Vaşadze bildirib.


