Azarkeşlər Gürcüstan-Çexiya futbol matçını Respublika meydanında quraşdırılmış ekranlarda izləyə biləcəklər.
Regionpress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında bildirdib ki, ekranların quraşdırılmasını meriya ənənəvi olaraq futbol federasiyası ilə birlikdə təşkil edəcək.
“Sabah vacib bir gündür. Gürcüstan millisi Çexiyada səfər matçı keçirir. Bu həlledici oyundur. Oğlanlarımıza uğurlar arzulamaq istəyirəm. Qeyd olunan görüşdə qalib gəlməyin və üç xal qazanmağın nə qədər vacib olduğunu hamımız yaxşı bilirik. Çox insan sabahkı oyunu gözləyir. Müvafiq olaraq, bütün əvvəlki qarşılaşmada olduğu kimi, biz də Futbol Federasiyası ilə birlikdə təşkil edirik – Respublika meydanında azarkeşlərin oyunu izləmək və Gürcüstan millisini dəstəkləmələri üçün ekranlar quraşdırılacaq. Komandamıza uğurlar arzulayıram. Əminəm ki, sabah onlar Gürcüstanı yaxşı oyunla sevindirəcəklər”, – deyə Kaxa Kaladze bildirib.


