9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeİdmanGürcüstan millisinin Ukrayna və Çexiya ilə oyunları Tbilisinin mərkəzində böyük ekranda göstəriləcək

Gürcüstan millisinin Ukrayna və Çexiya ilə oyunları Tbilisinin mərkəzində böyük ekranda göstəriləcək

Təəssüf ki, noyabr oyunlarından əvvəl Gürcüstan milli komandası Ukrayna və Albaniya komandalarına uduzaraq B1 qrupundakı liderliyini itirib.

Regionpress.ge – nin verdiyi məlumata əsasən, UEFA Millətlər Liqası çərçivəsində Ukrayna və Çexiya milli komandalarına qarşı Gürcüstan millisinin oyunlarına bilet ala bilməyən azarkeşlər 16 və 19 noyabr tarixlərində Tbilisinin Birinci Respublika meydanında oyunları birbaşa yayımda böyük ekranda izləyə biləcəklər. Bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.

UEFA Millətlər Liqası çərçivəsində Gürcüstan milli futbol komandası iki oyun keçirəcək: 16 noyabr – Batumidə Ukrayna ilə, 19 noyabr – Çexiyanın Olomouç şəhərində Çexiya ilə.

“Futbol Federasiyası ilə birgə Birinci Respublika meydanında xüsusi məkan yaradacağıq, böyük ekranlar və qida köşkləri quraşdıracağıq. Milli komandaya dəstək vermələri üçün azarkeşlərə hər cür şəraiti təmin edəcəyik,” – Kaladze şəhər hökumətinin iclasının əvvəlində deyib.

Noyabr oyunlarından əvvəl Gürcüstan milli komandası Ukrayna və Albaniya komandalarına uduzaraq B1 qrupundakı liderliyini itirib.

Dörd turdan sonra Gürcüstan 6 xalla qrupda ikinci yeri tutur. Birinci yerdə Çexiya (7 xal), üçüncü yerdə Albaniya (6 xal), sonuncu yerdə isə Ukrayna (4 xal) qərarlaşıb.

Qrupun son oyunu 19 noyabrda Çexiyanın Olomouç şəhərində Çexiyaya qarşı olacaq. Gürcüstan millisi Tbilisidə çexlərlə ilk oyunda 4:1 hesabı ilə qələbə qazanıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments