Gürcüstan və Ermənistan 2029-cu ilə qədər futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya birgə ərizə təqdim edəcək.
Regionpress.ge məlumat verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib .
“Artıq rəsmi olaraq deyə bilərəm ki, iki qonşu, dost, futbol tarixi ilə zəngin olan ölkə 2029-cu ildə U-20 dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciət edəcək.
Mən erməni həmkarıma əməkdaşlığa görə təşəkkür etmək istərdim. Bu, ölkələrimiz üçün çox vacibdir. Bununla bağlı təcrübəmiz var, buna bənzər turnirlər keçirmişik. Ümid edirəm ki, biz qalib gələcəyik və bu ən mühüm turnirə birlikdə ev sahibliyi edəcəyik”, – Kobiaşvili bildirib.
Məlumatı sportall.ge saytı yayıb.


