10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeUncategorizedGürcüstanda tələbələrin tətili başlayıb, aksiyaya 30 universitet qoşulub

Gürcüstanda tələbələrin tətili başlayıb, aksiyaya 30 universitet qoşulub

Bu gün Gürcüstanda tələbələrin tətili başlayıb. Onlarla ali təhsil müəssisəsinin tələbələri kütləvi şəkildə aksiyaya qoşulublar.

Tələbələri “Xarici təsirin şəffalığı” haqqında qanuna qarşı tətil edən universitetlərin siyahısına ölkə üzrə 30 təhsil müəssisəsi daxildir.

Aksiyaya Tbilisi Dövlət Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, GIPA Universiteti, Qriqol Robakidze Universiteti, Qafqaz Universiteti, Alte Universiteti, İliya Universiteti, İncəsənət Akademiyası, Aqrar Universitet, Tibb Universiteti, Şota Rustaveli adına Teatr və Kino Universiteti dəstək verib. Aksiyaya Rustaveli, Sulxan-Saba Orbeliani Universiteti, Batumi Dəniz Akademiyası və digər universitetlər də qoşulublar.

Universitet müəllimləri sosial şəbəkələrdə tamamilə boş sinif otaqlarının fotolarını paylaşırlar.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments