11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeHavaGürcüstanda yaxın günlərdə hava necə olacaq?

Gürcüstanda yaxın günlərdə hava necə olacaq?

Tbilisidə yağıntısız hava gözlənilir, gündüz temperaturu 14-16 dərəcə isti təşkil edəcək.

Regionpress.ge xəbər verir ki, Gürcüstanda 9-11 noyabr tarixlərində aydın hava şəraiti davam edəcək, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Tbilisidə yağıntısız hava gözlənilir. Gündüz temperaturu 14-16 dərəcə isti olacaq.

Batumi, Kobuleti, Anakliya, Potidə temperatur 17-19 dərəcəyə qədər qalxacaq.

Qərbi Gürcüstanda, Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgetidə sinoptiklər yağıntısız hava proqnozlaşdırır. Gündüz temperaturu 18-20 dərəcə isti olacaq.

Qərbi Gürcüstanın dağlıq ərazilərində (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatira, Saçxere, Xulo, Rikoti aşırımı) gündüz temperaturu 14-18 dərəcə isti olacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq ərazilərində (Mestia, Bakhmaro) da yağıntı gözlənilmir. Gündüz temperaturu 7-12 dərəcə isti olacaq.

Şida və Kvemo Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori) gündüz temperaturu 15-18 dərəcəyə qədər yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurdcaani, Siqnaği, Laqodehi, Qvareli, Axmeta, Dədəplisckaro) aydın hava gözlənilir. Gündüz temperaturu 16-19 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalsix, Borjomi, Duşeti, Tianeti, Pasanauri) də yağıntı gözlənilmir. Gündüz temperaturu 13-16 dərəcə isti olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) hava açıq olacaq. Gündüz temperaturu 5-10 dərəcə isti təşkil edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments