8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeİqtisadiyyatGürcüstanın hansı yüksək dağlıq rayonlarında əhali artıb və azalıb?

Gürcüstanın hansı yüksək dağlıq rayonlarında əhali artıb və azalıb?

Son 5 ildə Gürcüstanın yüksək dağlıq yaşayış məntəqələrində əhalinin sıxlığı bir kvadrat kilometrə 6 nəfər azalaraq 366 nəfərdən 360 nəfərə düşüb.

Regionpress.ge məlumat verir ki, bu barədə İnfrastruktur və Regional İnkişaf Nazirliyinin “2024-30-cu illər üçün Gürcüstanın yüksək dağlıq yaşayış məntəqələrinin inkişafı üzrə Strategiya” sənədində qeyd olunub.

Məlumata görə, 2015-ci illə müqayisədə 2023-cü ildə Gürcüstanın yüksək dağlıq bələdiyyələrində ölkənin ümumi əhalisi arasında ölüm göstəricisi 0,36% azalaraq 10,8% təşkil edir.

2023-cü ildə 2015-ci illə müqayisədə əhalinin artımının qeydə alındığı yüksək dağlıq bölgələrə gəlincə, bunlar Kvemo Kartli (8%), Mtsxeta-Mtianeti (4%) və Acarıstan (5,4%) yüksək dağ bələdiyyələridir. Raça-Leçxumi və Kvemo Svaneti dağlıq bələdiyyələrinin əhalisi isə ən çox azalıb.

Sənədə əsasən, 2015-ci ildən Gürcüstanın yüksək dağlıq bələdiyyələrində doğulanların sayında azalma müşahidə olunsa da, qeyd olunan rəqəm qeyri-dağ bələdiyyələrində daha çox azalıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments