Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatlarından sonra Gürcüstanın səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə məlumatı Moldova Xarici İşlər Nazirliyi yayıb.
“Moldova tərəfi Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Moldova və ölkəmizdə keçirilən seçkilər və Avropa inteqrasiyası ilə bağlı ictimai çıxışında istifadə etdiyi təhrif olunmuş və yersiz üslubdan dərin narazılığını ifadə edib,” – deyə bəyanatda qeyd olunub.
Regionpress.ge bildirir ki, 7 noyabr tarixində Gürcüstanda keçirilən parlament seçkiləri zamanı baş verən pozuntuları şərh edən baş nazir bildirib ki, “əgər haradasa problem olubsa, bu, Moldovadadır.”


