Məkkədə Həcc yürüşü zamanı istidən ölənlərin sayı 1300-ə çatıb .
Bayram günlərində Məkkədə havanın temperaturunun 52 dərəcəyə çatması bəzi zəvvarların ölümünə səbəb olub. Səudiyyə Ərəbistanının səhiyyə xidmətlərinin məlumatına görə , istidən ümumilikdə 2000 nəfər xəsarət alıb.
Ölənlər arasında Səudiyyə Ərəbistanı, Misir, İordaniya, İran, İndoneziya və Seneqal vətəndaşları da var.
İyunun 21-də Tunisin Dini İşlər Naziri Həcc ziyarəti zamanı tunislilərin ölümünə görə vəzifəsindən azad edilib. Rəsmi məlumata görə, Məkkədə 49 Tunis vətəndaşı dünyasını dəyişib.


