9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətİrakli Kobaxidze:"Əsasən, gələn ildən etibarən həm Avropa İttifaqı, həm də ABŞ ilə...

İrakli Kobaxidze:”Əsasən, gələn ildən etibarən həm Avropa İttifaqı, həm də ABŞ ilə əlaqələrin yenilənməsi başlayacaq”.

“Əsasən, gələn ildən etibarən həm Avropa İttifaqı, həm də ABŞ ilə əlaqələrin yenilənməsi başlayacaq”.

Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, yenilənmə istiqamətində ilk əlamətlər seçkilərin başa çatmasından dərhal sonra görünəcək.

“Kimlərsə seçkilərə təsir etmək, hakimiyyəti dəyişmək istəyir. Bütün bunlar başa çatdıqdan sonra belə cəhdlər də sona çatacaq. Xalqın mövqeyinə gəldikdə isə, hamı gördü ki, heç bir halda nə xalqa, nə hakimiyyətə, nə də ölkədə sülh və inkişafın əsas təminatçısı olan Bidzina İvanişviliyə qarşı şantaj işləmədi. Əminəm ki, sabah Gürcüstan xalqı, hər bir insan alnı açıq şəkildə çıxacaq və məhz ölkəmizin möhkəm və ləyaqətli inkişafı üçün lazım olan qərarı verəcək” – deyə İrakli Kobaxidze “İmedi” telekanalının efirində söyləyib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments