14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeRegionİranda daşqınlar olub, ölənlər var

İranda daşqınlar olub, ölənlər var

İranın Xorasan Rəzəvi əyalətinə yağan fasiləsiz yağışlar zamanı baş verən daşqınlar nəticəsində azı yeddi nəfər ölüb, bir neçə sakin itkin düşüb.

Bunu Xorasan Rəzəvi əyalətinin böhran vəziyyəti üzrə idarəsinin başçısı Seyid Reza Abbasi Neyşaburi bildirib.

Məşhəd əyalətinin rəhbəri Möhsün Davari Rəzəvi rayonunun Çenark kəndindən 150, Əhmədabad rayonunun Sultanabad kəndindən 300-ə yaxın sakinin təxliyə edildiyini açıqlayıb.

Məlumata görə, Meteorologiya Təşkilatı ölkənin şimal-şərqində yeni daşqın ehtimalı ilə bağlı xəbərdarlıq edərək Rəzəvi Xorasan, Şimali Xorasan, Gülüstan və Semnan əhalisini daşqınların qarşısının alınmasına yardım etməyə çağırıb.

Qurumun hava şəraiti ilə bağlı yayılan bəyanatında Fars və Ərdəbil əyalətlərində yağıntılara görə narıncı xəbərdarlıq elan edilib. Təşkilat Qərbi Azərbaycan və Şərqi Azərbaycanda, habelə Xəzər dənizi sahillərində də yağışların intensivliyinin artacağı bildirib. (Report)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments