14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeDünyaKeniyada daşqınlar 290-dan çox insanın həyatına son qoyub

Keniyada daşqınlar 290-dan çox insanın həyatına son qoyub

Keniyada daşqınlarda ölənlərin sayı 291-ə yüksəlib, 75 nəfər itkin düşüb, daha 188 nəfər yaralanıb.

Bu barədə hökumət sözçüsü İsaak Mvaura məlumat verib.

Onun sözlərinə görə, daşqınlar 55 mindən çox ailəni evlərindən didərgin salıb. Ümumilikdə, 412 min nəfər daşqınlardan zərər çəkib.

Mvaura əlavə edib ki, Nayrobi yaxınlığındakı Kiambu bölgəsindəki Kimende ərazisi sürüşmə nəticəsində təhlükə zonası elan edilib.

Hazırda bölgədə xilasetmə əməliyyatları aparır. Hökumət 3 mindən çox insanın yaşadığı 25 rayonda 187 düşərgə yaradıb.

Keniya Meteorologiya Departamenti ölkənin mərkəzi, qərb və şimal bölgələrində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments