Lari dollara nisbətən 0,7 tetri, avroya qarşı isə 1,06 tetri möhkəmlənib.
Regionpress.ge Milli Banka istinadən məlumat verir ki, İyunun 20-də bir dolların rəsmi məzənnəsi 2,8071 lari, bir avronun rəsmi məzənnəsi 3,0045 lari təşkil edib.
Kommersiya banklarında 1 dollar 2,85 lari, 1 avro 3,07 tetridir. Valyuta köşklərinə gəlincə, 1 dolların qiyməti 2,81 lari, avronun qiyməti 3,02 laridir.
Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanununun qəbulundan sonra Milli Bank larinin sabitliyi üçün öz ehtiyatlarından 168 700 000 ABŞ dolları satıb.


