Gürcüstan cüdoçusu Laşa Bekauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikiqat Olimpiya çempionu olub.
O, finalda yaponiyalı cüdoçunu məğlub edərək Gürcüstan millisinə ilk qızıl medalı gətirib. Xatırladaq ki, indiyədək Gürcüstanın bir medalı var idi. Paris Olimpiadasında Gürcüstan millisinə gümüş medalı üçqat dünya çempionu Tato Qriqalaşvili gətirib.
Məlumat üçün bildirək ki, 33-cü Yay Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı 10 idman növündə (batutla tullanma, yunan-Roma güləşi, sərbəst güləş, boks, atletika, güllə atma, qılıncoynatma, üzgüçülük, ağır atletika, cüdo) mübarizə aparır.


