10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeRegionMarneulidə yaşayan soydaşlarımız Ramazan bayramı münasibətilə bir araya gəlib

Marneulidə yaşayan soydaşlarımız Ramazan bayramı münasibətilə bir araya gəlib

Gürcüstanın Marneuli rayonunda yaşayan soydaşlarımız Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi iftar süfrəsi arxasında bir araya gəliblər.

Tədbirdə çıxış edən GAİM-in icraçı direktoru Murad Muradov Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətin olduğunu, müxtəlif dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra səfirliyin məsul əməkdaşı Ramiz Hacıyev Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səfiri Faiq Quliyevin tədbir iştirakçılarına təbriklərini çatdırıb. Bildirilib ki, Azərbaycan dövləti daim qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verib.

Daha sonra Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev çıxış edərək qarşıdan gələn Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments