Marneulidə bu gün, dekabrın 4, saat 15:00-da Seçki Komissiyası binasının qarşısında dinc etiraz aksiyası keçirilir. İctimai fəallar sakinləri azadlıq və ədalət uğrunda bir araya gəlməyə çağırıb.
Regionpress.ge-nin məlumatına əsasən, etiraz təşkilatçıları bildirib ki, bu aksiyanın məqsədi insanların səsinin önəmli olduğunu vurğulamaq və birgə dəyişiklik edə biləcəklərini göstərməkdir. “Sizi dəstək üçün gözləyirik!” – deyə müraciətdə qeyd olunub.
Aksiya iştirakçıları “Azadlıq və ədalət yanımızda olsun!” şüarı ilə toplanaraq, öz tələblərini dinc şəkildə ifadə edirlər. Hazırda etiraz aksiyası davam edir.


