10.1 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeİdmanMarneulili şahmatçılar Dmanisidə keçirilən şahmat turnirində uğur qazanıblar

Marneulili şahmatçılar Dmanisidə keçirilən şahmat turnirində uğur qazanıblar

26 iyul tarixində Dmanisi şəhərində Dmanisi Bələdiyyəsinin Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Departamentinin və Omar Mumladze adına Dmanisi İdman Məktəbinin təşkilatçılığı ilə şahmat turniri keçirilib.

Turnirdə Marneuli, “Çay Evi” nin şahmat klubunun 5 nəfər üzvü ilə təmsil olunub.

Marneuli komandasından Cahandar Bayramov I yerə və 500 lari mükafata, Qasım Əliyev II yerə və 300 lari pul mükafatına layiq görülüb. Turnirdə III yeri Dmanisini təmsil edən Oleq Qoşvan tutub.

Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili qalibləri təbrik edib və pul mükafatları təqdim edib. (Aktual.ge)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments