Oktyabrın 16-da keçirilən Gürcüstan Milli Bankının valyuta hərracında satışa çıxarılan 70 milyon ABŞ dollarından 64 milyon 900 min ABŞ dolları satılıb. Bununla da məzənnə 2.7139 təşkil edib.
Regionpress.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.
Milli Bankın yaydığı məlumatı olduğu kimi təqdim edirik:
“Valyuta bazarında iri birdəfəlik əməliyyatların təsiri davam edir və bu, larinin məzənnəsinə təsir göstərir. Həddindən artıq dəyişkənliyin qarşısını almaq üçün Milli Bank bu gün valyuta hərracı keçirmək qərarına gəlib.
Bir daha vurğulamaq istərdik ki, son vaxtlar valyuta bazarında qeydə alınan dəyişkənlik makroiqtisadi amillərlə əlaqəli deyil və buna görə də belə dəyişkənlik qısamüddətlidir.
Xatırladaq ki, ölkədə makroiqtisadi fundamental amillər hələ də güclüdür – son üç ildə yüksək iqtisadi artım qeydə alınır, 2023-cü ildən başlayaraq inflyasiya hədəf 3%-dən aşağıdır. İlkin məlumatlara görə, sentyabr ayında mal ixracı 17% artıb, idxal isə 4.1% azalıb, eyni zamanda, xarici valyuta daxilolmaları güclüdür, bu da cari hesab kəsirinin dayanıqlı səviyyədə saxlanmasına kömək edir”.


