“Bu seçkiqabağı aksiya idi, amma kimə səs vermək lazım olduğu barədə çağırışlar eşidilmirdi. Seçicinin ağlına sual gələ bilərdi ki, kimə səs verim – bu suala bütün gün ərzində cavab yox idi”.
Regionpress.ge xəbər verir ki, bu fikirləri “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze dünən “Gürcüstan Avropa İttifaqını seçir” mitinqini şərh edərkən dilə gətirib.
O, həmçinin aksiyada iştirak edən insanların sayı ilə bağlı müxalifətin rəqəmlər açıqlamasına da reaksiya verib və qeyd edib ki, mitinqdə 20-25 min insan olardı.
“Bütün günü [Mitinq] iştirakçıların sayı ilə bağlı kampaniya aparırlar. Əvvəlcə 100 min dedilər, sonra 190 min dedilər, kadrlarda yarım milyon insan görünür. Sonra başqa kadrlar da gördük, harada ki, 25, 20 min insan görünür. Nə baş verdiyini anlaya bilmədik, bəlkə bizə izah edərlər. Belə manipulyasiyalar edirlər” , – deyə Mamuka Mdinaradze qeyd edib.


