“Heç kim parlamentə girməməlidir!”.
Regionpress.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili açıq məktubla müxalifət partiyalarına müraciət edib.
“Əlbəttə, heç kim parlamentə girməməlidir! İndi aldadıldığımız üçün özümüzə qapanmağın vaxtı deyil.
İndi böyük etiraz aksiyaları zamanı gəlib ki, dünyaya göstərək, azadlıq üçün mübarizə aparırıq və biz ədalətsizliyə boyun əyməyən xalqıq. Vaxt çox azdır!” – Mixeil Saakaşvili qeyd edib.


