Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişviliyə parlament seçkilərinə 10 gün qalmış dövlət mühafizə xidməti təyin edilib.
Regionpress.ge xəbər verir ki, bu barədə sərəncamı Baş nazir İrakli Kobaxidze imzalayıb
Bildirilib ki, bu il oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək növbəti seçkilərlə əlaqədar müvafiq şərtlər əsasında cari il ərzində zərurət başa çatanadək Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin təhlükəsizliyi dövlət mühafizə xidmətinə həvalə edilib.


